Mövlut Çavuşoğlu: “Bu qәrarın siyasi səhv olduğunu hәr kәs dәrk etmәlidir”

Mövlut Çavuşoğlu: “Bu qәrarın siyasi səhv olduğunu hәr kәs dәrk etmәlidir”

Avropa İttifaqı naziri və baş müzakirәçi Mövlut Çavuşoğlu, Yunan rəhbərliyinin Avropa İttifaqına üzv olduğu üçün İttifaqın Kipr müzakirәlәrinә qatılmasının doğru addım olmayacağını bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Özdil Naminin dəvəti ilə Adada sәfәrdә olan Avropa İttifaqı naziri Mövlut Çavuşoğlu, universitet tәlәbәlәri ilə keçirdiyi konfransda, Avropa İttifaqı prosesindә Kipr mövzusunu Türkiyənin qarşısına çıxarmanın iki üzlülük olduğunu ifadə edib: "Yunan icmasının Avropa İttifaqına üzv olması beynəlxalq hüquqa ziddir. Bu qәrarın siyasi səhv olduğunu hәr kәs dәrk etmәlidir".

Avropa İttifaqı, Yunan rəhbərliyinin Kipr probleminә hәll yolu tapılmamış İttifaqa qәbul edilmәsinin siyasi sәhv olduğunu ancaq 3-4 il sonra anlaya bildi.

Avropa İttifaqı etimadı artıracaq tədbirlər çərçivəsində, 2004-ci ildə verdiyi sözә әmәl edәrәk embarqo tәtbiqinә son qoymalı, maliyyə yardımlara yenidәn başlamalıdır. Şimali Kipr Türk Cumhuriyyәtinin iki millət vəkilinә Avropa Parlamentindә tәmsil haqqı verilmәlidir.

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Özdil Nami isə "yenidən başlayan müzakirələrdə ortaya çıxan fürsət bada verilmәmәlidir"- deyərək, fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə