DQİDK-nın sədri Şamaxı Cümə məscidinə baş çəkib

DQİDK-nın sədri Şamaxı Cümə məscidinə baş çəkib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Elşad İskəndərov Prezident İlham Əliyevin sərəncamı ilə bərpa edilən tarixi Şamaxı Cümə məscidinə baş çəkib. Dini Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məscidin yeni dini icması tərəfindən yaradılmış kitabxanaya Dövlət Komitəsinin kitabxanasından 100 adda ədəbiyyat təqdim edilib.

Dövlət Komitəsinin sədri Şamaxı Cümə məscidinin yeni dini icmasının üzvləri ilə görüşüb. Görüş zamanı dini icma üzvləri Prezident İlham Əliyevin din sahəsinə diqqət və qayğısını yüksək qiymətləndirib. Bildirilib ki, tarixi Şamaxı Cümə məscidinin prezident İlham Əliyev tərəfindən yenidən bərpa edilərək dindarların istifadəsinə verilməsi bu qayğının ən bariz nümunələrindən biridir.

O da qeyd edilib ki, prezident İlham Əliyevin müəyyən etdiyi fəaliyyət proqramına uyğun olaraq DQİDK tərəfindən dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə