“Erməni xisləti ədəbi nümunələrdə” mövzusunda elmi seminar keçirilib
Bu gün "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyində "Erməni xisləti ədəbi nümunələrdə" mövzusunda elmi seminar keçirilib. SİA-nın məlumatına görə, seminarın qonağı filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin aparıcı elmi işçisi Əziz Ələkbərli olub.
Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı seminar iştirakçılarına birliyin fəaliyyəti və seminarın mahiyyəti ilə bağlı geniş məlumat verib.
"Erməni xisləti ədəbi nümunələrdə" mövzusunda keçirilən seminarın əhəmiyyətindən danışan M. Babaşlı qeyd edib ki, uzun illər Azərbaycan yazıçıları öz əsərlərində saxta xalqlar dostluğu ideyasına sadiq qalaraq bu mənfur xalqın nümayəndələrini ədalət və demokratik nöqteyi-nəzərdən canlandırmağa çalışıblar: "Ümumilikdə, XIX əsrin sonu, XX əsrin əvvəllərində dövrün mənzərəsinə nəzər salsaq erməni məsələsi, ermənilərin iç üzü həm bu dövrdə yazan sənətkarlarımızın əsərlərində özünü açıq şəkildə büruzə verir, həm də bu mənzərə müasir Azərbaycan ədəbiyyatında da öz aktuallığını daima qoruyub saxlayır. Məhz bununla bağlı 24-26 aprel 2014 -cü il tarixində Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliyi və "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək olan "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi" adlı Beynəlxalq Konfrans keçiriləcək".
Seminarın qonağı Ə.Ələkbərli bildirib ki, Azərbaycan yazıçı və dramaturqlarının erməni xisləti və onların törətdikləri faciələrlə bağlı tarixi faktları hər zaman əsərlərində qeyd ediblər: "M.F.Axundzadənin "Sərgüzəşti mərdi-xəsis" (Hacı Qara) əsərində erməni kəndlilərinin, N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında kefli Qıdının timsalında, o cümlədən, XX əsrin əvvəllərində realist nəsrimizin ən görkəmli nümayəndələrindən olan C.Məmmədquluzadənin "Kamança" pyesində kamançaçı Baxışın, "Usta Zeynal" hekayəsində Muğdusi Akopun timsalında, eləcə də "Erməni və müsəlman övrətləri" başlıqlı felyetonunda, N.Nərimanovun "Bahadır və Sona" romanında və başqa əsərlərdə üzdə dost görünən, arxadan isə quyu qazan bu murdar xalqın iç üzü, qorxaqlığı, hiyləsi və bu cür insanlığa sığmayan iyrənc hərəkətləri üstüörtülü də olsa, ustalıqla göstərilib".
Görüşün sonunda Əziz Ələkbərli seminar iştirakçılarının suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB