ABŞ Dövlət katibi Ukraynadakı vəziyyəti müzakirə edəcək

ABŞ Dövlət katibi Ukraynadakı vəziyyəti müzakirə edəcək

Vaşinqton rəhbərliyi Ukrayna mövzusunda keçirdiyi görüşlərini davam etdirir. SİA-nın məlumatına görə, ABŞ Dövlət katibi Con Kerri bununla əlaqədar aprelin 17-də Cenevreyə gedəcək.

Avropa İttifaqının diplomatları, Rusiya, ABŞ və Ukrayna nümayəndələri gələn həftə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün görüşəcəklər.

Gözlənilən kimi danışıqlarda Aİ-nin xarici siyasət üzrə Ali Komissarı Katerina Aşton (Catherine Ashton), ABŞ Dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun ukraynalı həmkarı Andrey Deskutsia iştirak edəcək.

Amerika rəhbərliyi ölkədə beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək üçün hərəkətə keçirməyə davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə