Musa Quliyev: "ABŞ qətnaməni erməni lobbisinin təsiri ilə qəbul edib" Münasibət

Musa Quliyev: "ABŞ qətnaməni erməni lobbisinin təsiri ilə qəbul edib" Münasibət

"Gələn il erməni genosidinin 100 ili tamam olur. Hesab edirəm ki, bu səbəbdən erməni lobbisi və diasporu müxtəlif ölkələrdə məqsədyönlü fəaliyyət göstərir. ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnaməni qəbul etməsi də buna bariz nümunədir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev mövcud qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həm Amerikanın, həm də onun ştatlarının erməni genosidini tanıması məlum məsələdir: "Ermənilər baş verənlərə sözdə soyqırımı deyirlər. Əslində onlar da yaxşı bilir ki, orada soyqırımı olmayıb. Orada türklər, kürdlər, eyni zamanda ermənilər də vətəndaş müharibəsi vəziyyətində qətlə yetiriliblər. Əsas soyqırımı Azərbaycanda 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilib".

Millət vəkili fikirlərinə əlavə edib ki, bir çox dövlətlər, o cümlədən ABŞ da erməni lobbisinin təsiri altında qalıb bu qətnaməni qəbul edib: "Güman ki, qəbul edilən həmin qətnamə 1915-ci ildə baş verən soyqırımla bağlı məsələdir. Lakin indidən məsələnin praktik nəticələrinin necə olacağını demək tezdir".

Bütün xəbərlər Facebook səhifəmizdə