Azər Badamov: “Bu, onların müsəlman dünyasına baxışlarının təzahürüdür” MÜNASİBƏT
"ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qərar layihəsini qəbul etməsi ikili standartların göstəricisidir". Bu fikirləri SİA-ya Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov sözügedən komitənin erməni soyqırımını dəstəkləyən qərar qəbul etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, erməni lobbisi hər yerdə qondarma soyqırımını tanıtmağa çalışır: "Onların bu istiqamətdə səylərinə baxmayaraq, hələ də xarici dövlətlər bu soyqırımını qəbul etmirlər. Bundan fərqli olaraq isə bəşər tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımını artıq dünyanın bir çox ölkələri tanıyır. Çünki bu həqiqətdir, yalan deyil. ABŞ-ın 10-dan çox ştatı Xocalı ilə bağlı sənəd qəbul edib. Əgər indi də ABŞ-ın hansısa komitəsi qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul edibsə bu, artıq onların müsəlman dünyasına baxışlarının təzahürüdür".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB