Rafiq Əliyev: "Müxalifətin hakimiyyət iştahası var" şok!

Rafiq Əliyev: "Müxalifətin hakimiyyət iştahası var" şok!

Ziyalılar Forumunun üzvü Rafiq Əliyev bu forumun fəaliyyətsizliyinə və Rüstəm İbrahimbəyovun Ziyalılar Forumunu fəaliyytəsizlikdə qınamasına münasibət bildirib.

O bildirib ki, Ziyalılar Forumunun fəaliyyətinin səngiməsi əsasən siyasi proseslərlə bağlı idi: "Mən və dostlarım həmişə bir fikirdə olmuşuq: ziyalı gərək, siyasətə qarışmasın. Mən bunu birinci gündən demişəm və bu gün də deyirəm. O ki, qaldı Ziyalılar Forumunun tədbirlərinin keçirilməməsi məsələsinə, biz gözlədik ki, məlum proseslər sakitləşsin".

R.Əliyev müxalifətin Ziyalılar Forumunu onlarla birlikdə fəaliyyət göstərməyə çağırmasına da münasibət bildirib: "Biz müxalifik, amma müxalifət deyilik. Bunlar başqa-başqa şeylərdir. Müxalifətin strukturu və bununla yanaşı, hakimiyyət iştahası var. Ziyalılar Forumunda isə belə struktur yoxdur. Biz hərdən bir yerə yığışıb müzakirə aparırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə