"Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana səfəri çox tarixi bir səfərdir". Bunu SİA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan-İran əlaqələrindən danışarkən deyib.
Milli QHT Forumunun prezidentinin sözlərinə görə, ölkə başçısının Naxçıvan Muxtar Respublikasına səfəri və muxtar respublikanın 90 illik yubileyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirakı, orada cənab İlham Əliyevin Naxçıvan MR-nın inkişafını, potensialını və hərbi imkanlarını dəyərləndirməsi və bunun ardından İrana edilən səfər, burada İran prezidenti Həsən Ruhani ilə görüşlərin keçirilməsi Azərbaycan-İran münasibətlərində yeni mərhələdir: "Hesab edirəm ki, Azərbaycan-İran həm tarixi köklərlə bağlı, həm dini, həm də mənəvi cəhətdən bir-birinə yaxın olan ölkə, eyni zamanda geosiyasi və coğrafi nöqteyi-nəzərdən qonşu dövlət kimi daha çox əməkdaşlıq etməlidir. Təbii ki, bu əməkdaşlıqlar genişləndirilməlidir.
Azərbaycan-İran regionda və beynəlxalq miqyasda daha səmərəli və güclü əməkdaşlıq etməlidir. O baxımdan ölkə prezidentinin bu səfəri yüksək qiymətləndirilməlidir. Çünki İran-Azərbaycan münasibətlərində yeni mərhələ yaranır. Təbii ki, biz heç vaxt unutmamalıyıq ki, İran Azərbaycanla qonşu dövlət olmaqla yanaşı, həmçinin bizim orada 40 milyona yaxın soydaşlarımız yaşayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB