Politoloq: “Ceyms Uorlikin məqsədi AEMK-dan maaş almaqdır”

Politoloq: “Ceyms Uorlikin məqsədi AEMK-dan maaş almaqdır”

"ATƏT-in Minsk Qrupu normal fəaliyyət göstərərək Dağlıq Qarabağ münaqişəsini tənzimləmək imkanına malik olsaydı, onun ayrı-ayrı üzvləri sərbəst fəaliyyətlə məşğul olmazdılar". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən danışarkən deyib.

M.Əhmədoğlu deyib ki, Ukrayna hadisələrinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə təsirindən danışan politoloq deyib ki, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqları dəyişməzidir: "Həmsədrlər özlərini bizə başqa cür təqdim edirlər. Onların əsas maraqları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsidir. Ona görə də hər üçünün mövqeyi dəyişməzdir".

Politoloq ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlikin "məlum" fəaliyyətinə də toxunub: "Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas mahiyyətindən başqa hər şeylə məşğuldur. Ona görə də ABŞ-da ermənilərlə görüşür. Amerika Ermənilərin Milli Komitəsi (AEMK) pul kisəsidir. İndiyə qədər nə iş görüblərsə, pulla həll ediblər".

M.Əhmədolğu qeyd edib ki, AEMK ABŞ-da ermənilər adından pul vermək hüququna malikdir və onların verdikləri pul rüşvət hesab olunmur: "Məlumdur ki, AEMK ABŞ Konqresinin hesabına pul köçürür və konqresmenlər onların verdikləri pulla erməni soyqırımı ilə bağlı məsələləri müdafiə edirlər. Eyni ilə ABŞ-ın Dağlıq Qarabağa yardımlar ayırması da lobbiçilik fəaliyyətinin nəticəsidir. Ceyms Uorlik də istəyir ki, onlarla əlaqə qursun və rəsmi şəkildə AEMK-da maaş alsın".

Politoloq vurğulayıb ki, C.Uorlikin özü də ATƏT-in Minsk qrupunun fəaliyyətindən ümidsizdir, ona görə də əlavə işlərlə məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə