Elçin Mirzəbəyli: “Ümumiyyətlə, ABŞ cəsarətsiz siyasət yürüdür” AÇIQLAMA
"ATƏT-in Minsk qrupu həmsədrlərinin faktiki olaraq hamısı bu və ya digər şəkildə diplomatik qaydalara riayət etmirlər". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin fəaliyyətinə və onun keçirdiyi görüşlərə münasibət bildirərkən deyib.
Elçin Mirzəbəylinin sözlərinə görə, bundan öncə də amerikalı həmsədrlər Ermənistanda bir, Azərbaycanda isə tamam fərqli bəyanat verirdilər: "Təbii ki, bu da hər zaman onların vasitəçilik missiyasını şübhə altına alırdı. Eyni davranışlar digər Rusiya və Fransa həmsədrləri tərəfində də sərgilənir. Amma indiyədək C.Uorlikin ortaya qoyduğu mövqe kimi vasitəçilik missiyasına tamamilə zidd gələn mövqe olmayıb. Güman edirəm ki, bunu da onun özbaşına davranışları, şəxsi mövqeyindən çıxışı kimi dəyərləndirmək düzgün olmazdı. Hərhalda o, ABŞ Dövlət Departamenti tərəfindən təlimatlandırılır və həmin təlimatlara uyğun olaraq da hərəkət edir. Düşünürəm ki, indiki şəraitdə onun ortaya qoyduğu mövqedə ABŞ Dövlət Departamentinin xarici siyasətindən irəli gələn çalarlar var. İndiki şəraitdə görünür ki, ABŞ yaranmış şəraitdə Ermənistana qarşı hər hansı bir konkret addım atmaq niyyətində deyil. Ümumiyyətlə deyərdim ki, ABŞ cəsarətsiz siyasət yürüdür. O, "xalq diplomatiyası" elementlərini daha çox qabartmaq, ziddiyyətli manevrlər ortaya qoymaqla diqqəti fərqli istiqamətə yönəltmək istəyir.
Əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqlarında aktivlik müşahidə olunmur. Lakin bu aktivliyin görüntüsünü yaratmaq lazımdır ki, ATƏT-in Minsk qrupunun fəaliyyətdə olduğu ortaya çıxsın. Bu baxımdan məqsədyönlü şəkildə yalançı, saxta notlarla aktivlik nümayiş etdirməyə çalışırlar. Bütövlükdə isə ABŞ prezidenti Barak Obama hakimiyyətə gəldikdən sonra Amerikanın siyasətində bir super gücün nümayiş etdirəcəyi mövqedən daha çox qorxaq və cəsarətsiz siyasət ortaya çıxıb. Təbii ki, bunun da nəticələri göz önündədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB