Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq ilə görüşüb. SİA-nın xəbərinə görə, Ali Məclisin sədri qonağı salamlayıb, Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirlərində iştirakına görə ona təşəkkürünü bildirib. Muxtar respublika haqqında səfirə ətraflı məlumat verən Ali Məclisin Sədri demişdir ki, qədim tarixə malik olan Naxçıvan dünyanın ilkin yaşayış məskənlərindəndir.
Azərbaycan-Norveç əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Naxçıvanın da Azərbaycanın tərkib hissəsi kimi bu əlaqələrin inkişafında yaxından iştirakının əhəmiyyətini vurğulayıb. Ali Məclisin Sədri təhsil, səhiyyə, biznes və digər sahələrdə münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğunu bildirmiş, ikitərəfli əlaqələrin genişləndiriləcəyinə əminliyini ifadə edib.
Səmimi görüşə görə minnətdarlıq edən səfir Erlinq Şönsberq Ali Məclisin Sədrini muxtar respublikanın 90 illik yubileyi münasibətilə təbrik edib. Qonaq muxtar respublikada bütün sahələr üzrə inkişafın və mövcud sabitliyin məmnunluq doğurduğunu bildirmiş, ölkələrimiz arasındakı münasibətlərin inkişafında səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə əlaqələrin hazırkı səviyyəsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB