Vaşinqton rəhbərliyi Ukrayna böhranının hәlli istiqamәtindә addımlar atmaqda davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ dövlәt katibi Con Kerrinin Rus həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
ABŞ dövlәt katibliyinin mәlumatında bildirilir ki, Kerri ilә Lavrov, iki dәfә baş tutan telefon danışığında Ukraynanın şərqində artan gәrginliyin sülh və dialoq yolu ilə həll edilmәsinin əhəmiyyəti mövzusunu müzakirә ediblər. Hər iki nazir siyasi məqsədlərә gücdәn istifadə edərək nail olmağa sәy göstərməyin qәbul edilmәz olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB