Region dövlətləri Metsamor AES-in yalnız Azərbaycan üçün təhlükə olmadığını anlamalıdırlar Çağırış

Region dövlətləri Metsamor AES-in yalnız Azərbaycan üçün təhlükə olmadığını anlamalıdırlar Çağırış

"Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Metsamor Atom Elektirik Stansiyası region üçün təhlükəli olduğuna dair fikirlər uzun müddətdir ki, səslənir. Təsadüfi deyil ki, bir çox Avropa təsisatları onun sökülməsi ilə bağlı qərarlar veriblər və maddi vəsait belə ayırıblar". Bu fikirləri SİA-ya millət vəkili Fərəc Quliyev Metsamor AES-in region üçün təhlükəsindən danışarkən deyib.

Millət vəkili vurğulayıb ki, Metsamor AES-də bütün region dövlətləri üçün təhlükədir: "Təəssüf ki, qonşu ölkələr bu stansiyanın bağlanmasına dair reaksiya vermirlər. Ancaq Azərbaycan bu məsələdə konkret mövqe ortaya qoyub. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Hollandiyanın Haaqa şəhərində keçirilən III nüvə təhlükəsizliyi sammitində çox sərt şəkildə Metsamor AES-lə bağlı fikirlərini bildirdi. Hesab edirəm ki, bunun yalnız Azərbaycan üçün təhlükə olmadığını qonşu ölkələrdə anlamalıdırlar və səslərini qaldırmalıdırlar. Əgər AES-də bədbəxt hadisə baş verərsə, bütün region təhlükə altında qalacaq. Bu isə ciddi bir təhdiddir".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Hollandiyanın Haaqa şəhərində III nüvə təhlükəsizliyi sammitdəki çıxışı zamanı Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışıb. Bildirib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə