Prezident İranda nazirlə görüşüb FOTO

Prezident İranda nazirlə görüşüb FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan və İran prezidentlərinin apardığı müzakirələrin hökumətlərarası komissiyanın işinə töhfə verəcəyi vurğulandı. Səfər zamanı aparılan müzakirələrin əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə