XİN Sarkisyana cavab verdi Rəsmi mövqe

XİN Sarkisyana cavab verdi Rəsmi mövqe

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq birlik də münaqişəsinin nizamlanması ilə bağlı dəfələrlə öz mövqeyini ifadə edib". Bu sözləri SİA-ya Azərbaycan Xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın prezidenti Serj Sarkisyanın Türkmənistana səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Sarkisyan öz səylərini və enerjisini belə təxribatçı bəyanatlar verməyə deyil, münaqişənin nizamlanmasına yönəltsə daha yaxşı olar: "Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktdır və bunu bütün dünya birliyi tanıyır. Rəsmi İrəvan da bununla barışmalıdır".

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sarkisyan Türkmənistana səfəri zamanı bəyan edib ki, Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ danılmazdır və onun faktiki təşkili de-yure qeydə alınmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə