Qabil Hüseynli: “AES mənəvi cəhətdən qocalıb və yararsız haldadır” AÇIQLAMA

Qabil Hüseynli: “AES mənəvi cəhətdən qocalıb və yararsız haldadır” AÇIQLAMA

"Ermənistandakı Atom Eleketrik Stansiyası (AES) və orada olan nüvə reaktoru ən köhnə nəsil reaktorlardandır. Bu bir növ Çernobıl faciəsində qəza törətmiş reaktorlardan biridir". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, indi artıq bu tipli reaktorlarla işləyən yeganə AES, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasıdır: "Rəsmi Bakı bu məsələni dəfələrlə beynəlxalq təşkilatlarda qaldırıb. Rusiyanın AES üzrə bir sıra ekspertləri də bildiriblər ki, bu elektrikstansiya özü mənəvi cəhətdən qocalıb və yararsız haldadır. Beləcə, həmin stansiyada hər an gözlənilməz hallar baş verə bilər. Üstəlik həmin elektrikstansiyanın seysmik zonada yerləşməsi olduqca təhlükəlidir.

Amma son dövlər işğalçı ölkə Rusiya ilə dil taparaq bu elektrikstansiyanın yenidən qurulması ilə bağlı proqram tərtib edib. Təbii ki, proqramın maliyyələşdirilməsini də rəsmi Moskva öz üzərinə götürüb. Guya burada reaktor tamamilə dəyişdiriləcək və onun əvəzində yeni nəsil reaktorlar quraşdırılacaq. Bununla da təhlükənin aradan qaldırılmasına çalışılacaq. Əvvəla onu demək lazımdır ki, yeni nəsil AES-lərin quraşdırılması üçün xeyli maliyyə vəsaiti lazımdır. Bir sözlə, Ermənistan AES həm Türkiyə, həm İran, həm Azərbaycan, həm də bütün bölgə üçün çox ciddi təhlükə olaraq qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə