“İlham Əliyevin bu sözləri Azərbaycan xalqında böyük inam yaradır” AÇIQLAMA
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Burada cənab Prezidentin bir çox sahələrə aid çıxışı oldu. Beləcə, həmin tədbirin mahiyyəti onunla dəyərləndirilir ki, orada eyni zamanda digər ölkələrin Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edirdi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov cənab Prezident İlham Əliyevin Naxçıvan MR-ə səfərini xarakterizə edərkən deyib.
A. Hüseynovun sözlərinə görə, Prezident orada Naxçıvan MR-in iqtisadiyyatı və ümumilikdə iqtisadi inkişafı, tarixi memarlıq abidələri ilə bağlı bir çox məsələlərə toxundu: "Bu gün diqqəti cəlb edən əsas məqam isə ondan ibarət oldu ki, dövlət başçısı Naxçıvan MR-in yaranması tarixinə toxunarkən bir daha bəyan etdi ki, Azərbaycanın əzəli, qədim torpağı olan Zəngəzur tarixi ədalətsizlik nəticəsində Ermənistana verilib. Bununla da orada bir daha vurğulandı ki, Zəngəzurun Ermənistana verilməsi tarixi ədalətsizlik idi".
YAP Siyasi Şurasının üzvü hesab edir ki, cənab İlham Əliyevin inamla dediyi bu sözlər, eyni zamanda Azərbaycan xalqında böyük inam yaradır: "Bəs gəlin görək nəyə görə? Çünki dövlət başçısı elə bir siyasi xadimdir ki, o nəyi deyirsə, onu da yerinə yetirməyə qadir şəxsiyyətdir. Eyni zamanda burada Naxçıvan MR-in iqtisadi inkişafı ilə bağlı dəyərli fikirlər səsləndirildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB