Sahibə Qafarova: “Azərbaycanda elektron demokratiya formalaşıb"

"Onun bilavasitə təminatçısı ölkə Prezidenti cənab İlham Əliyevdir”
Sahibə Qafarova: “Azərbaycanda elektron demokratiya formalaşıb"

"İnformasiya kommunikasiya texnologiyalarının inkişafı, internetə azad çıxışın təmin olunması müasir demokratik cəmiyyətin əsas məqsədlərindən biridir. Müasir cəmiyyəti internetsiz, informasiyasız təsəvvür etmək belə mümkün deyil. Son 10 ildə Azərbaycanda internet resusları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur". Bu fikirləri SİA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində bu gün keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir. Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə ardıcıl tədbirlər görülür: "Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə post-sovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. 2013-cü il ölkədə İKT ili elan olunub".

Sahibə Qafarovanın sözlərinə görə, artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısi olkə Prezidenti cənab İlham Əliyevdir. Millət vəkili, həmçinin, vurğulayıb ki, Azərbaycanda "Elektron hökumət"in qurulması, ASAN xidmətin yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə