Nərimanov rayonunda “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib
Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların "N" saylı hərbi hissəsində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini təmin etmək məqsədi ilə "Şahin" hərbi-idman oyununun rayon final mərhələsi keçirilib. Nərimanov Rayon Gənclər və İdman İdarəsindən SİA-ya verilən məlumata görə, "Şahin" hərbi-idman oyununun keçirilməsində məqsəd məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasında yaxından kömək göstərmək və onlarda vətənpərvərlik ruhunu aşılamaqdır.
Qeyd edilib ki, yarışda Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin komandaları iştirak ediblər. Belə ki, rayonun 19 məktəb komandası tərkibində 323 nəfər məktəbli (onlardan 76 nəfəri qızlardır) fəallıqları ilə seçilib. Yarışın nəticəсinə görə I yerə 291 saylı "Araz" Ekologiya liseyin komandası, II yerə 82 saylı məktəbin komandası, III yerə isə 258 saylı məktəbin komandası layiq görülüb. Eyni zamanda qalib komanda məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.
Həmçinin, qalib komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medal, kubok və qiymətli xatirə hədiyyələri ilə təltif olunublar.
.jpg)
.jpg)
.jpg)

İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB