Prezident İlham Əliyevin İrana rəsmi səfəri başlayıb

Prezident İlham Əliyevin İrana rəsmi səfəri başlayıb

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da İran İslam Respublikasına rəsmi səfərə gedib. SİA-nın xəbərinə görə, Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilən Tehranın "Mehrabad" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə