Bu gün separatizmin daha aqressiv formada baş qaldırması üçün əlverişli məkan Rusiyadır
"Rusiyanın Ukraynanın daxili işlərinə müdaxiləsi və onun ərazi bütövlüyünü pozan addımlar atması Qərbin yürütdüyü ikiüzlü və qorxaq siyasətin nəticəsidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Rusiyanın Ukrayna siyasətindən danışarkən deyib.
E. Mirzəbəyli bildirib ki, Rusiya müstəqil siyasət yürütməyə cəhd edən bütün post-sovet ölkələrinə qarşı aqressiv siyasət yürüdür: "Təəssüf ki, bu gün Ukrayna rəsmiləri Xarkov və Donetskdə baş verən separatçı addımlara qarşı daha sərt addımlar atacaqlarını bildirirlər. Artıq anti-terror əməliyyatları adı altında silahlı qruplara qarşı müəyyən addımlar atılır. Hesab edirəm ki, indiki məqamda bu çıxış yolu deyil. Əgər rəsmi Kiyev Ukraynanın ərazi bütövlüyünün təmin olunması istiqamətində daha sərt addımlar atmayacaqsa, hazırki prosesin qarşısını almaq çox çətin olacaq. Bu gün Xarkov və Donetskdə baş verən hadisələrin kökündə Krımın işğal zamanı rəsmi Kiyevin nümayiş etdirdiyi loyal münasibət dayanır. Belə ki, Krımın işğalı zamanı Ukrayna hərbiçiləri ölkənin ərazi bütövlüyünün qorunması üçün üzərlərinə düşən missiyanı yerinə yetirmədilər. Belə olduqda digər separatçı əhval-ruhiyyədə olan qruplarda əllərinə düşən fürsətdən yararlanmağa çalışırlar".
E.Mirzəbəyli vurğulayıb ki, hazırki şərait yalnız Ukrayna üçün təhlükə yaratmır: "Hazırki proseslər Rusiyanın özü üçün də böyük təhlükələr vəd edir. Çünki separatism dalğası virusa bənzəyir. Əgər separatçılıq baş qaldırırsa, qarşısı alınmadığı təqdirdə daha böyük əraziləri əhatə edir. Bu gün separatizmin daha aqressiv formada baş qaldırması üçün əlverişli məkan Rusiyanın özüdür. Əgər Rusiya qonşularının ərazi bütövlüyünə sayğı nümayiş etdirməyəcəksə, baş verən proseslər domino effekti ilə Rusiyanın özünə tərəf irəliləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB