"Ukraynanın hazırkı hakimiyyəti ölkədəki siyasi vəziyyətə tam nəzarət edə bilmir". SİA-nın xəbərinə görə, bunu ATƏT PA-nın Kopenhagende keçirilən büro iclasında Ukraynadakı böhran müzakirə edilən zaman Təhlükəsizlik və Siyasi məsələlər Komitəsinin sədr müavini Azay Quliyev çıxışında deyib.
A. Quliyev çıxışında Ukraynanın hazırkı hakimiyyətini ciddi tənqid edərək bildirib ki, ölkənin şərqində baş verən hərc-mərclik və qarışıqlıq Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq üçün qətiyyətli addım ata bilməməsinin nəticəsidir: "Bu gün Ukrayna hakimiyyətində yaşanan pərakəndəlik ölkədəki böhranın aradan qaldırılmasına və siyasi stabilliyin təmin edilməsinə mane olur. Reallıq ondan ibarətdir ki, xalqı öz ətrafında birləşdirən, siyasi vəziyyətə nəzarəti tam üzərinə götürən, ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü bir liderə Ukraynanın çox ehtiyacı var. ATƏT öz mandatı çərçivəsində Ukraynada siyasi sabitliyin təmin olunması üçün əlindən gələn etməli və mayın 25-də keçirilən prezident seçkilərinin tam demokratik və şəffaf keçirilməsinə öz töhfəsini verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB