Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. SİA-nın məlumatına görə, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonuna toplaşanlar - muxtar respublikanın hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ölkəmizdəki diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşılyıblar.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söyləyib. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib.
Prezident İlham Əliyevin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülüb.
Dövlətimizin başçısı həmin mükafatları sahiblərinə təqdim edib.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə bir daha təbriklərini çatdırıb.
Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, təntənəli mərasimdə iştirak edən qonaqlar konsert proqramına maraqla tamaşa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB