Azərbaycan III Afrika-Avropa gənc liderlər sammitində təmsil olunub

Azərbaycan III Afrika-Avropa gənc liderlər sammitində təmsil olunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Ramiz Əliyev 30 mart–02 aprel 2014-cü il tarixlərində III Afrika-Avropa Gənc Liderlər Sammitində iştirak edib. SİA-nın məlumatına görə, Belçikanın paytaxtı Brüsseldə baş tutan tədbirdə Afrika və Avropanın gənclər təşkilatlarından 70 ölkədən 100 gənc nümayəndənin iştirakı ilə regional və qlobal problemlər müzakirə edilib. Əsas məqsədi Afrika-Avropa əməkdaşlığında gənclərin aktiv iştirakını təmin etmək və strateji tərəfdaşlığı inkişaf etdirməkdən ibarət olan bu Sammit "İnsanlar, rifah və sülh" mövzusu altında həyata keçirilib, Birləşmiş Afrika-Avropa Strategiyasının qaydaları əsasında gənclərin inteqrasiyasının gücləndirilməsinə yönəldilib.

Hər iki qitədən qatılan gənc liderlər əsasən gələcək nəslin üzləşəcəyi problemlərin müəyyənləşməsinə və müzakirəsində iştirak ediblər. Gənc liderlərin müzakirə etdikləri əsas mövzular "Liderlik", "Gənclərin məşğuliyyəti" və "Sülh üçün gənclik" mövzuları olub.

Tədbirin nəticəsi olaraq gənclər Afrika-Avropa əməkdaşlığı çərçivəsində layihələr, təkliflər irəli sürüb, hər iki qitənin gənclər və gənclər təşkilatlarının imkanlarını müzakirə edib və qərarlar qəbul edib. Qəbul edilən qərarlar 03-04 aprel 2014-cü il tarixində baş tutan Afrika-Avropa ölkə rəhbərləri Sammitində səsləndirilib.

Qeyd edək ki, III Afrika-Avropa Gənc Liderlər Forumu Avropa Gənclər Forumu, Pan Afrika Gənclər Birliyi, Avropa Şurasının Məşvərət Şurası, Afrikada aktiv Beynəlxalq Gənclər Təşkilatları Şəbəkəsi (NIYOA) və Avropa Afrika Diaspora Gənclər Şəbəkəsi (ADYNE) tərəfindən idarə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə