Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan Bakıya gəlib. SİA-nın məlumatına görə, baş nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Baş nazir səfərə tək gəlməyib. Ərdoğanı baş nazirin müavini Bəşir Atalay, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, milli müdafiə naziri İsmət Yılmaz və digər şəxslər müşayiət edir.
Qeyd edək ki, səfərdən qabaq Türkiyədə jurnalistlərə açıqlama verən Baş nazir ölkəmizə səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşəcəyini deyib. O bildirib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB