Musa Qasımlı: “Bu səfər qarşılıqlı münasibətlərdə yeni bir səhifə olacaq” AÇIQLAMA
"Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ölkədə keçirilən bələdiyyə seçkilərindən sonra ilk xarici səfər olduğundan, böyük əhəmiyyət daşıyır". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
Parlament üzvünün sözlərinə görə, Türkiyədə bələdiyyə seçkilərinə ölkə daxilində və xaricdə xüsusi əhəmiyyət verildiyindən, R.T.Ərdoğanın ölkəmizə səfəri iki ölkə arasında münasibətlərin inkişaf prespektivlərinin müəyyənləşdirilməsi yönündən də əhəmiyyətlidir: "Azərbayanla Türkiyə qardaş ölkələrdir. Hər iki ölkə arasında siyasi, iqtisadi, ticari, hərbi və mədəni, hümanitar sahələrdə əməkdaşlığın böyük prespektivləri var. Hesab edirəm ki, bu səfər qarşılıqlı münasibətlərdə yeni bir səhifə olacaq".
Qeyd edək ki, baş nazir 1 günlük səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB