Hafiz Hacıyev: “İsa Qəmbər İsgəndər Həmidovdan qisas almaq üçün bu addımı atdı” MÜSAHİBƏ
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin SƏS TV-yə müsahibəsi:
- Hafiz bəy, bildiyiniz kimi dünən radikal müxalifət funksionerləri belə bir bəyanatla çıxış etdilər ki, müxalifət düşərgəsində hökm sürən sakitlik fırtınadan əvvəlki sakitlikdir. Səsləndirilən fikrə münasibətiniz necədir?
- Hər zaman olduğu kimi, bir daha da qeyd etmək istəyirəm ki, Azərbaycanda iki cür müxalifət mövcuddur. Birincisi, xarici dövlətlərin kəşfiyyatının Azərbaycanda formalaşdırdığı müxalifət partiyası adı altında fəaliyyət göstərən şəbəkədir. Digəri isə millətin tərkibindən yaranan, dövlətinin nöqsanları olduqda onu sağlam şəkildə dilə gətirən müxalifətdir. Sonuncu haqqında danışdığım müxalifət elə bizim partiyadır. Birinci kateqoriyaya isə hamıya məlum olduğu kimi İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli aiddir. Onlar xarici kəşfiyyatın Azərbaycanda idarə etdiyi fiqurlardır. Onlar prezident seçkilərindən sonra Azərbaycanın gündəmindən çıxıblar. Mənim bu gün Almaniya səfirliyində görüşüm oldu. Həmin görüş zamanı mənim qarşıma belə bir sual qoydular ki, siz nə görə Azərbaycan müxalifətinin səsləndirmək istədiyi fikirləri onları qorxudaraq demələrinə icazə vermədiniz? Mən də ətraflı şəkildə izah etdim ki, onlar real müxalifət deyil, sifarişlə hərəkət edən müxalifətdirlər. Sözügedən müxalifət xaricdən maddi vəsait alıb, məhz buna görə də bu gün onlara verilən məbləğin müqabilində fəaliyyət göstərmələrini tələb edirlər. Lakin, onlar istəsə də fəaliyyət göstərə bilməzlər. Çünki ətraflarında heç kim qalmayıb. Azərbaycanda hamı bilir ki, İsa Qəmbərin ətrafında qalan insanlar yalnız satqınlılıqla məşğuldur. Əli Kərimli də həmçinin, onun kimi eyni mövqeyə xidmət edir.
- "Milli Şura"dan sonra onlar "Düşüncə Mərkəzi"nin yaradılması ilə bağlı iddialarla çıxış edirlər. Bildiyiniz kimi, bu hadisə də Müsavat Partiyasının "Milli Şura"dan çıxmasından sonra baş verdi. Sizcə, "Düşüncə Mərkəzi" hər hansı mexanizmə malik olacaq?
- Qətiyyən yox. Düşüncəli insanlar düşüncə mərkəzi yarada bilərlər. Bunların düşüncəsi isə gördüyünüz kimi sıfıra bərabərdir. Onlar o düşüncəyə qadir deyillər ki, Azərbaycanın müstəqilliyi və gələcəyi naminə hər hansı addım atsınlar. Haqqında danışdığımız "düşüncə" bir neçə gənci xaricdən aldıqları maliyyə dəstəyi hesabına fəvvarələr meydanına toplamaq, bir sıra müəssisə və obyektlərə xətər yetirməkdir. Onlar bir-birilərini xarici dövlətlərdən nə qədər maddi dəstək almaqda ittiham edirlər. Bu da o deməkdir ki, öz eyiblərini özləri aşkara çıxarırlar.
- Bizə radikal müxalifət düşərgəsi barədə bir çox informasiyalar daxil olub. Bu informasiyalardan biri də siyasi mühacir məsələsidir. Məsələn, son vaxtlar xarici ölkələrin səfirliklərinə Müsavat və Xalq Cəbhəsi partiyalarından olan gənclər müraciət etməkdədirlər. Onlar həmin səfirliklərə müraciət edərək xaricdən sığınacaq istəyirlər.
- Mən əminəm ki, bunları onların özləri qəsdən, düşünülmüş şəkildə təşkil edirlər. Onlar bununla dünya ictimaiyyətində Azərbaycanda insan haqlarının pozulması fikrini formalaşdırmaq istəyirlər. Yəni, ölkədə heç bir demokratik ab-hava yoxdur, ölkə yaşanılmaz vəziyyətdədir. Bu səbəbdən də gənclərimiz xaricə axın edirlər. Əlbəttə ki, onların səsləndirdikləri bu fikirlər tamamilə absurddur. Ölkəmizdə tam şəkildə demokratik cəmiyyət mövcuddur. Təbii ki, bu da onların ölkəmizə qarşı etmək istədikləri növbəti xəyanətdir. Mən bu kimi xəyanətkarlara qarşı 20 ildən çoxdur ki, ideoloji mübarizə aparıram. Mən hətta siyahı şəkilində göstərə bilərəm ki, həmin səfirliklərə müraciət edən gənclər kimdir və ya kimin qohumudur. Müsavat və AXCP-nin tərkibində mən öz adamlarımı yerləşdirmişəm ki, onların məkrli niyyətlərini mənə aşkar etsinlər. Bununla mən onların xalqımıza etmək istədikləri növbəti xəyanətlərin qarşını almaq istəyirəm.
- Bildiyimiz kimi dünən Kəlbəcərin işğalının il dönümü idi. İşğal barədə İsa Qəmbər belə bir fikir səsləndirmişdi ki, Kəlbəcərin işğalı Müsavat-AXCP hakimiyyətinin üzərində duran bir ləkədir. Bu haqda nə deyə bilərsiniz?
- Nəzərinizə çatdırmaq istəyirəm ki, həyatımın gənclik illəri Kəlbəcərdə keçib. Eyni zamanda bu rayon işğal olunan zaman İsa Qəmbər Ali Sovetinin sədri idi. Mən isə nazir vəzifəsini icra edirdim. İsa Qəmbərə belə bir sual səsləndirmək istəyirəm: "O zaman, yəni Kəlbəcər işğal olunan gün sən qol açıb hansı toyda oynayırdın?" Bu toy icra hakimiyyətinin başçısı İlhamın toyu idi. Həmin toyda iştirak edərkən İsa Qəmbərin Kəlbəcər heç yadına da düşmürdü. Haqqında danışdığım icra hakimiyyətinin başçısı Azərbaycandan qaçıb, hazırda ölkədə yoxdur. Kəlbəcərin bu gün işğal altında olmasına səbəb İsa Qəmbərlə İsgəndər Həmidovun arasında baş verən münaqişə oldu. İsa Qəmbər İsgəndər Həmidovdan qisas almaq üçün bu addımı atdı. İsa Qəmbər o zaman qəlyanın içinə "nəşə" töküb çəkirdi. Başı dumanlanmış bir insandan siz hansı düzgün addımı gözləyərdiniz?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB