Asim Mollazadə: “Mən onların səmimiyyətinə heç cürə inanmıram” AÇIQLAMA
"Hesab edirəm ki, hər iki nazirin görüşündə Ermənistan yenidən danışıqların imitasiyası ilə məşğul olacaq. Bu mənada həmin görüş görüntü yaratmağa hesablanıb". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbadyanın sabah keçiriləcək növbəti görüşünə və burada müzakirə ediləcək məsələlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, işğalçı ölkənin danışıqlarda iştirakdan məmnunluğu və səmimi olaraq danışıqların davam etdirilməsində maraqlı olması inandırıcı deyil: "Mən onların səmimiyyətinə heç cürə inanmıram. Ermənistan müstəqil dövlət olmadığına görə, ancaq sahiblərinin əmrinə tabedirlər. Hər şey göz önündədir. Belə ki, son müddət baş verən hadisələrin (Krım hadisələri, Moldovaya təzyiqlər və s.) hər biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən sonra baş verib və eyni maraqları özündə cəmləşdirir. Artıq ATƏT tərəfindən Ermənistanın yürütdüyü siyasətə düzgün qiymət verilməyə başlanılıb. Bu mənada hesab edirəm ki, beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı öz təməl prinsiplərinə düzgün əməl etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB