Hafiz Hacıyevdən Jirinovskiyə cavab

Hafiz Hacıyevdən Jirinovskiyə cavab

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Qarabağ haqqında səsləndirdiyi bəyanatlara münasibət bildirib.

H.Hacıyev SİA-ya açıqlamasında bildirib ki, Jirinovskinin bəyanatlarına önəm verən yoxdur: "Jirinovski alkaşın, təlxəyin biridir. Onun ömrü içki ilə, sərxoşluqla keçib, ona görə də, bəyanatlarını ciddiyə almaq lazım deyil. Bunu hamı bilir ki, Jirinonvski çıxış edəndə Rusiyada uşaqdan tutmuş böyüyədək hər kəs gülür. Onun nə deməsindən asılı olmayaraq, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı səmimiyyət və dostluq əlaqələri mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə