"NASA-nın Rusiya ilə əlaqələrinin kəsilməsi gözlənilən idi. Çünki Krımı ələ keçirən Rusiyanın bu addımını böyük dövlətlərin rəhbərləri ayrı-ayrılıqda qınamışdılar. Onlar əvvəldən deyirdilər ki, Rusiya ilə münasibətlərə yenidən baxılacaq və beynəlxalq təşkilatlar bu haqqda müvafiq qərarlar qəbul edəcəklər. Ancaq Qərbin heç bir qərarı Rusiyanı geri çəkindirməyəcək, Rusiyanın geri çəkilməsi qətiyyən gözlənilən deyil". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib.
NASA-nın Rusiya ilə əlaqələrini kəsməsinə münasibət bildirən R. Qonaqov qeyd edib ki, bu, Rusiyaya tətbiq olunan sanksiya siaysətinin bir hissəsidir: "Başqa sanksiyalar kimi bu da Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsinə səbəb olacaq. Ancaq nəticədə bu gərginlik heç bir halda hərbi formaya keçməyəcək. Problemlərin danışıqlar masası ətrafında həll olunması yeganə çıxış yoludur. Ancaq Ukraynada sabitlik yaranmayana qədər Qərblə Rusiya arasındakı gərginlik davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB