"Belə hesab edirəm ki, onun sərsəm fikirləri davam edir. Jirinovski bir təlxəkdir. Düşüb ortalığa. Eyni zamanda qeyd edim ki, bəzən təlxəkləri danışdıran qüvvələr olur". Bu fikirləri SİA-ya açıqlamasında millət kəkili Çingiz Qənizadə Jirinovskinin son bir neçə gündə ikinci dəfə səsləndirdiyi "Vecimizə deyil, Qarabağı Rusiyaya birləşdirəcəyik" fikrinə münasibət bildirərkən söyləyib.
Millət Vəkili, həmçinin qeyd edib ki, bizlər artıq dövlət səviyyəsində Rusiyaya xəbərdarlıq etməliyik: "Biz artıq Rusiyaya xəbərdarlıq etməliyik ki, bu cür bəyanatların qarşısını alsınlar. Bu cür sərsəm bəyanatlar səsləndirmək olmaz".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB