"Türkiyədə keçirilən bələdiyyə seçkilərində partiya olaraq Ədalət və İnkişaf Partiyası (AKP), bütövlükdə isə türk xalqının iradəsi qalib gəlib. Türkiyə xalqı demokratik şəraitdə səsini verdi. Seçkilərin nəticələri millətin iradəsini əks etdirir". Bunu SİA-ya Türkiyədə keçirilən bələdiyyə seçkilərini şərh edən millət vəkili Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, türk xalqı xarici qüvvələrin Türkiyənin qarışdırmaq cəhdlərinə qarşı çıxaraq iradəsini ortaya qoydu: "AKP-nin hakimiyyəti illəri Türkiyənin inkişafı dövrü olub. İndiki seçkilər parlament seçkiləri deyil, bələdiyyə seçkiləri olsa da xalq öz həyat şəraitinə, sabitliyə, rifaha və yaşayışına səs verdi. Xalqı bəzi media orqanlarında söylənən dedi-qodular və digər məsələlər o qədər də maraqlanmırdı. Xalq bütün əvvəlki dövrlərə nisbətən AKP hakimiyyəti illərində öz həyat şəraitini yaxşılaşdırmışdı və ona da səs verdi".
Azərbaycan müxalifətinin seçkilərə münasibətini şərh edən M.Qasımlı deyib ki, Azərbaycanda müxalifət çox zəifdir və demək olar ki, formal olaraq mövcuddur: "Azərbaycan müxalifətinin sosial bazası yoxdur. Müxalifətin zəifliyinin ilk səbəbi onların özündədir. Çünki, siyasəti yalnız tənqid üstündə qurmaq olmaz. Seçici, vətəndaş hər şeyi görür. Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yolunu hər bir azərbaycanlı yaxşı görür. Fikrimcə Azərbaycan müxalifətinin birləşmək şansı qətiyyən yoxdur. Bunun üçün həm obyektiv şərait yoxdur, həm də partiyaların rəhbərləri arasında bir-birinə pataloji nifrət var. Belə bir şəraitdə Azərbaycanda müxalifətin birləşməsi sifra bərabərdir. Əgər birləşsə belə hər hansı bir seçkidə uğur qazanacağına inanmıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB