Hafiz Hacıyev: “Onların bu fikirləri səviyyəsizliklərindən irəli gəlir”

Hafiz Hacıyev: “Onların bu fikirləri səviyyəsizliklərindən irəli gəlir”

"Türkiyədə keçirilmiş seçkilərdə AKP qalib gəlib və biz də onları bu münasibətlə təbrik etmişik. Seçkidən sonra AXCP və Müsavatın Türkiyə müxalifətini səviyyəsizcəsinə dəstəkləməsi, onların seçkinin nəticələrinə qarşı etirazlarına dəstək verməsi məntiqsiz və mənasızdır". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Türkiyədə keçirilmiş bələdiyyə seçkilərindən sonra Türkiyə müxalifətinin seçkinin nəticələrinə etirazını bildirməsinə ölkəmizdəki radikal müxalifətdən, xüsusilə AXCP və Müsavatdan gələn dəstəyə münasibət bildirərkən söyləyib.

Hafiz Hacıyev qeyd edib ki, İsa Qəmbərlə Əli Kərimli bu cür avara işlərlə məşğul olmaqdan çəkinmirlər: "Bunlar yaramaz insanlardır. Bu insanlar hər zaman avara işlərlə məşğul olublar. Bu dəfəki fikirləri də səviyyəsizliklərindən irəli gəlir".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə