Aydın Mirzəzadə: "Ermənilər Azərbaycanla Rusiya arasında nifaq salmağa çalışırlar"

Aydın Mirzəzadə: "Ermənilər Azərbaycanla Rusiya arasında nifaq salmağa çalışırlar"

"Ölkəmizin BMT Baş Məclisində Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verməsini ermənilərin cəbhə xəttində vaxtaşırı atəşkəs rejimini pozması ilə əlaqələndirənlər var. Hətta Rusiyanın Azərbaycanla bağlı xüsusi planlarının olduğunu bildirirlər. Qeyd edim ki, bütün bu iddiaların heç bir əsası yoxdur. Əslində bu fikirlər Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamağa yönəldilmiş cəhdlərdir. Ermənistanda belə bir tendensiya çox fəallaşıb. Onlar Azərbaycanla Rusiya arasında nifaq salmağa çalışırlar". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, milllət vəkili Aydın Mirzəzadə bildirib.

Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs rejiminin pozulmasını Azərbaycanın BMT Baş Məclisində Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verməsi ilə əlaqəndirənlərin iddialarına münasibətini açıqlayan A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın xarici siyasətini kifayət qədər aydın və prinsipal məsələlər üzərində aparır: "Hələ Krımda referendum keçirilməmişdən əvvvəl Azərbaycan bütün bu tip məsələlərin beynəlxalq hüquq prinsipləri və Ukraynanın konstitusiyası çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdı. Rusiya tərəfdən də qəti və aydın irad bildirilmədi. BMT Baş Məclisində müzakirələr zamanı Azərbaycan yenidən öz mövqeyini ortaya qoydu və referendumla Krımın Rusiyaya birləşdirilməsinin əyehinə səs verdi. Bununla da Azərbaycan müstəqil siyasət yeritdiyini bir daha ortaya qoymuş oldu. Bu Rusiya ilə düşmənçilik deyil. Krım məsələsində Azərbaycanın prinsipal mövqeyidir. Qarabağ probleminin olub-olmamasından asılı olmayaraq Azərbaycan bu mövqedən çıxış edəcəkdi".

A.Mirzəzadə onu da vurğulayıb ki, Rusiya Azərbaycanın ərazi bütöcvlüyünü dəstəkləyir: "Təsadüfi deyil ki, Sarkisyan Krımda bütün bu məsələlər həyata keçirilərkən Putinə zəng edərək Qarabağ məsəsləni də bu tipdə həll etməyə çağırdı. Rusiyanın mövqeyi tamamilə təmkinli oldu. Rusiya Qarabağ problemininn həll edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Cəbhə xəttində atəşkəsin pozulması isə, sırf ermənilər tərəfindən gələn təşəbbüslərdir. Nə Ermənistan tərəfinin, nə də Azərbaycanda müəyyən qüvvələrin Krım məsələsinə görə Azərbaycan-Rusiya arasında münasibətləri korlamağa yönələn cəhdləri baş tutmayacaq. Hər iki ölkə bir-birinin siyasətinə hörmətlə yanaşır və hər iki ölkə problemlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Azərbaycanın müstəqil xarici siyasəti hər kəs tərəfindən qəbul edilir. Emənistanın atəşkəs rejimini pozması məhz birbaşa Azərbaycana qarşı tutduğu düşmənçilik münasibətidir. Bunu birbaşa Rusiya ilə bağlamaq təşəbbüsü də birbaşa Ermənistandan gələn məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə