Milli Məclisin yaz sessiyası üçün nəzərdə tutulan növbəti plenar iclasının tarixi müəyyənləşib. Bu barədə SİA-ya açıqlama verən parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, növbəti iclasın aprelin 4-də keçirilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, növbəti iclasın gündəliyinə 17 məsələ daxil edilib: "İclasda bir neçə qanun layihələrinə əlavə və dəyişikliklər ediləcək. İclasda həmçinin Azərbaycanla bir neçə dövlət arasındakı sazişlərin təsdiq olunması da müzakirə olunacaq".
İclasın gündəliyinə salınan qanun layihələri aşağıdakılardır:
- "İnsan alverinə qarşı mübarizə üzrə milli kordinatorun illik məlumatı haqqında" sənədin təsdiq olunması;
- "Tibbi sığorta haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Texniki təhlükəsizlik haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Nəqliyyat haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Əraf mühitin mühafizəsi haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Dövlət qulluqçularının icbari sığortası haqqında" qanununun ləğv edilməsi barədə;
- "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Avtomobil yolları haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Daşınmaz əmlakın dövlət reysteri haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklərin edilməsi barədə;
- "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna dəyişikliklərin edilməsi;
- "Azərbaycan və İraq arasında diplomotik xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında" sazişin təsdiq edilməsi haqqında qanun layihəsi;
- "Azərbaycan Respublikasının xarici ölkələrdə beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında" qanuna dəyişikliklərin edilməsi;
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB