Eldəniz Quliyev: "Bu gəda atası yaşında insanı təhqir etməyi özünə fəxr bilir" TƏHQİR

Eldəniz Quliyev: "Bu gəda atası yaşında insanı təhqir etməyi özünə fəxr bilir" TƏHQİR

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və onun müavini Ramil Hüseynovun "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevlə kəskin hədd alan qarşıdurması bu gün də davam edir. SİA-nın məlumatına görə, bu dəfəki cavab növbəsi Eldəniz Quliyevdə olub. O, dünən Ramil Hüseynovdan ünvanına təhqirlər yağdırıldığını deyərək qarşı tərəfi daha sərt tonda təhqir edib. "Siyasətçidən daha çox əhlikef naxırçının otardığı axsaq dağ danası təfəkkürü ilə münasibət sərgiləyən bu gəda atası yaşında insanı təhqir etməyi özünə fəxr bilir"-deyə qeyd edən "El" rəsmisi daha öncələr işlətdiyi fikirlərində yanılmadığını iddia edib: "Mən məhz bu səbəbdən nə vaxtsa onun atasından daha çox qonşusuna oxşadığını demişdim. Və hamı şahid oldu ki, heç də səhv etməmişəm. Mənəvi orientirlərini itirmiş bir küçə uşağının siyasət meydanında tərbiyəsizlik etməsi VİP adlı oyuncaq bir qrumun etik məsələlərə hansı meyyarlarla yanaşmasından xəbər verir. Sədr müştəbeh və yalançı olanda, onun müavini də ədəbsiz və və sarsaq olar".

Qeyd edək ki,VİP sədrinin müavini Ramil Hüseynov dünənki açıqlamasında bildirmişdi ki, adıçəkilən "El" təmsilçisini oyuncaq adlandırıb: "Eldəniz Quliyev hər tərəfə hürür. Oyuncaq o adama deyirlər. Oyuncaq o adama deyirlər ki, başqasının bostanına daş atır".

Xatırladaq ki, tərəflər arasında uzun müddətdir ki, ən kəskin şəkildə ittihamlar səsləndirilməkdədir. Tərəflər iddialarını məhkəməyə qədər aparsalar da, onların arasında heç bir ümumi barışıq baş tutmayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə