Bakıda MDB Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək

Bakıda MDB Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək

Aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İlk dəfə olaraq Azərbaycanda keçiriləcək iclasda MDB ölkələrinin Baş Qərargah rəisləri iştirak edəcəklər.

Qeyd edək ki, hazırda Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə