Bir neçə gün sonra qardaş Türkiyə Cümhuriyyətində bələdiyyələrə seçkilər keçiriləcək. SİA-nın məlumatına görə, seçkilərlə bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da geniş təbliğat-təşviqat işlərinə başlayıb.
Seçkiöncəsi Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi təbliğat işində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndələri bu ölkəyə səfəri çərçivəsində Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin sədri ilə görüşüb, daha sonra "Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı"na başlayıblar.
Bununla belə YAP GB-nın nümayəndələri Türkiyənin Antalya, İstanbul, Konya və Samsun şəhərlərində seçkiöncəsi prosesləri izləyiblər.
Qeyd edək ki, səfərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi birliyin sədri Seymur Orucovun rəhbərliyilə YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov, YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev və YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev təmsil olunur.
Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək bu səfər 22 mart tarixində başlayıb və 28 mart tarixinə qədər davam edəcək.
Səfər çərçivəsində rəsmi görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının daha tez-tez reallaşdırılması üçün müzakirələr də aparılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB