Prezident İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb

Prezident İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurlu əməkdaşlıq qurduqları vurğulandı. Azərbaycan ilə Niderlandın təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq etdikləri bildirildi.
Söhbət zamanı Azərbaycanın "ADA" Universiteti ilə Niderlandın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə