Əflan İbrahimovdan Eldəniz Quliyevə sərt ittihamlar!

Əflan İbrahimovdan Eldəniz Quliyevə sərt ittihamlar!

"El" Hərəkatı yalnız mənim ətrafımda olan insanların birliyidir. Bu hərəkatı partiyaya çevirmək də bizim səlahiyyətimizdədir. Ona görə də, "EL" Hərəkatının partiya kimi qeydiyyata alınması üçün lazım olan bütün addımları atmışıq, sənədləri də Ədliyyə Nazirliyinə təqdim etmişik. Onlarla rayonda nümayəndəliklərimizi yaradıb, fəaliyyətimizi genişləndirmişik. Eldəniz Quliyevin cəhdləri sərsəmlikdən başqa bir şey deyil".

Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.

"EL" Hərəkatı ətrafında uzun müddətdir Ə. İbrahimov və Eldəniz Quliyev arasında gedən ziddiyyətlərin indi də bu hərəkatın partiyaya çevrilməsi istiqamətində davam etməsinə münasibətini açıqlayan Ə. İbrahimov qeyd edib ki, Eldəniz Quliyev də, onun təmsil olunduğu qurum da heç bir nüfuza malik deyil: "Onlar görürlər ki, biz normal fəaliyyətə başlamışıq, məqsədli şəkildə fəaliyyət göstəririk, buna görə də qısqanırlar. Biz onlar kimi dağıdıcı yox, konstruktiv müxalifətik. Ölkəmizdə aparılan islahatları, görülən işləri, dövlətimizin mənafeyini dəstəkləyirik. Eldəniz Quliyev həmin adamdır ki, vaxtilə Əlikram Hümbətovun müavini olmuş Mehdibəy Səfərovu indi özünə müavin qoyub. Sual olunur niyə?! Eldəniz Quliyev həmin adamdır ki, vaxtilə AXCP-Müsavat hakimiyyəti Azərbaycanı çapıb-talayanda o, Talış Cəmiyyətinin sədri idi. Deyə bilərmi ki, bu onun nəyinə lazım idi? Eldəniz Quliyev, sizlər nəinki həyatda, "Qaçaq Nəbi" filmində də Mirzə rolu ilə şərəfsizlik və satqınlıq emblemi kimi ad çıxarmısız. Sən artıq Azərbaycan xalqına satqın olduğunu sübut etmisən. Bil ki, Yer üzünə hələ sənin kimi satqın gəlməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə