QHT-lər “Bir uşağa həyat verək” mövzusunda xeyriyyə sərgisi keçirib
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin (İB) və "Təkamül və İnteqrasiya" Beynəlxalq İB-nin birgə təşkilatçılığı ilə "Bir uşağa həyat verək" mövzusunda rəssam uşaqların xeyriyyə sərgisi keçirilib.
SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İB-nin sədri Kəmalə Əliyeva sərgi haqqında məlumat verərək uşaqların müxtəlif mövzularda çəkdikləri rəsmlərin nümayişinin və satışının təşkil olunduğunu diqqətə çatdırıb. Kəmalə Əliyeva sərgidən əldə olunan vəsaitin xəstə olan uşaqların müalicəsi üçün sərf ediləcəyini də qeyd edib: "Əldə olunan vəsaitlər müxtəlif xəstəliklərdən əziyyət çəkən uşqaların müalicəsinə xərclənəcək".
"Təkamül və İnteqrasiya" İB-nin sədri Arzu Qədirova isə öz çıxışında sərgidə nümayiş olunan hər bir əsərin uşaqların Azərbaycan haqqında təsəvvürlərini əks etdirdiyini qeyd edib. "Bu tədbirin keçirilməsi həm şagirdlər, həm sağlamlıq problemləri olan körpələr üçün bahar hədiyyəsidir".
Qeyd edək ki, sərgidə məktəb şagirdlərinin əl işi olan 51 tablo nümayiş olunub. Tədbirdə KİV və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
.jpg)
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB