“Düşüncə Mərkəzi” müxalifətdaxili savaşa səbəb olmaqdadır QARŞIDURMA
İctimai Palatanın öz işinə xitam verməsindən sonra Müsavat başqanı İsa Qəmbər adıçəkilən qurumun yerinə "Düşüncə Mərkəzi" yaratmağı və həmin mərkəzdə siyasi partiyaların birləşməsini təklif edib. Bir sıra ekspert və siyasilər isə "Düşüncə Mərkəzi"nin Milli Şuraya alternativ olacağını istisna etməyiblər.

AMİP: "Düşüncə Mərkəzi"nin nəyəsə nail olacağını söyləyə bilmərəm"
Azadlıq Partiyasının sədri Əhməd Oruc bu barədə fikirlərini bildirərkən deyib ki, "Düşüncə Mərkəzi" adlı qurum köhnə fikrin yeni adıdır və bu, müxalifət üçün yeni heç nə vəd etmir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov da "Düşüncə Mərkəzi"nin hansısa uğurlara imza atacağına inanmadığını bildirib: "Siyasi təhlillər aparılmadan, öncədən düşünülmədən, proqnozlar verilmədən hansısa qurum yaratmaq və ya orada təmsil olunmaq uğur gətirmir. "Düşüncə Mərkəzi"nin də nəyəsə nail olacağını söyləyə bilmərəm".

Tural Abbaslı: "Əhməd Oruc və Əli Orucov gedib öz işləri ilə məşğul olsunlar"
Lakin İsa Qəmbərin tərəfdaşı, Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı adlarıçəkilən müxalifət təmsilçiləri ilə razı olmadığını deyib. O, həm Azadlıq, həm də AMİP rəsmilərinə cavab olaraq SİA-ya açıqlamasında söyləyib ki, onlar siyasi qısqanclq edirlər: "Onlar siyasi qısqancıqla məşğuldurlar. "Düşüncə Mərkəzi" yarandıqdan sonra uğur qazanmayacaqsa bunun nə Əhməd Oruca, nə də Əli Orucova heç bir aidiyyatı yoxdur. Gedib öz işləri ilə məşğul olsunlar".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB