Azərbaycan prezidenti İlham Əliyev Elnur Kazım oğlu Aslanovun işdən azad olunması ilə bağlı Sərəncam imzalayıb. SİA-nın xəbərinə görə Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB