Eks-prezident: “Bu məsələlərdə liderlik amili çox vacib və həlledici olur" AÇIQLAMA

Eks-prezident: “Bu məsələlərdə liderlik amili çox vacib və həlledici olur" AÇIQLAMA

"Bu, mənim Bakıya ikinci səfərimdir. Azərbaycana ilk səfərim ötən il oktyabrın 9-da keçirilən prezident seçkiləri zamanı Müşahidə qrupunun üzvü olaraq reallaşıb. İlk dəfə Azərbaycanda olduğum zaman insanların xoşniyyətli və yüksək ruhda olduğunu müşahidə etdim. Burada olduğum dövrdə mən azərbaycanlıların inkişafyönümlü, çox maraqlı insanlar olduğunu gördüm". SİA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Seyşel Adaları Respublikasının eks-prezidenti Sir Riçard Mançam iki ölkə arasındakı münasibətlərdən danışarkən deyib.

Sabiq prezidentin sözlərinə görə, dünyadakı proseslər öz-özlüyündə elə-belə baş vermir: "İstənilən proseslərin baş verməsi üçün müəyyən şərait olmalıdır. Sözsüz ki, xoşniyyətli insanlar bir yerə toplaşıb müəyyə baxışlarını, istəklərini reallığa çevirəndə bu, çox gözəl bir nümunə yaradır. Bu məsələlərdə liderlik amili çox vacib və həlledici olur. İstənilən təşkilatın və istənilən bir qurumun uğurlu lideri olmadan heç nə mümkün olmur. Təcrübəmdə mən beynəlxalq məsələlərlə çox geniş şəkildə (müxtəlif təşkilatlar, forumlar çərçivəsində və s.) məşğul olmuşam. Azərbaycana ilk səfərimdən öncə Londonda olarkən ölkəniz haqqında BBC kanalının çox mənfi bir proqramını seyr etmişdim. Lakin sonradan Azərbaycana gəldikdə mən artıq burada tamam fərqli bir mənzərə gördüm. Azərbaycanda gedən proseslərə və ölkə başçısına olan rəğbətin şahidi oldum. Beləcə, çox müsbət təəssüratlarla ölkənizdən ayrıldım. Seyşel adaları və Seyşel adalarında yerləşən Respublikanın ilk prezidenti olmaqla bərabər, həmçinin mən bir dərginin də nəşrinə rəhbərlik edirəm. Ötən il bizim dərgi Azərbaycan Prezidenti cənab İlham Əliyevi "İlin adamı" elan etmişdi. Buna səbəb isə Prezidentin son 10 il ərzində əldə etdiyi nailiyyətlər və həyata keçirdiyi fəaliyyətlərlə bağlı idi.

Azərbaycanla Seyşel Adaları Respublikası arasındakı əlaqələrə gəlincə deyə bilərəm ki, ikitərəfli münasibətlərin inkişafında hər iki ölkə maraqlıdır. Sözsüz ki, bu münasibətlərin daha da intensivləşməsinə əlverişli zəmin yaranacaq. Əlbəttə, turizmin inkişafı Seyşel adaları üçün əsas gəlir mənbəyidir. Seyşel Respublikası həmçinin hazırda geopolitik və geosiyasi baxımdan əhəmiyyətli ölkədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə gəldikdə isə qeyd edə bilərəm ki, burada yalnız müdrik rəhbərliyin səyləri və bacarıqları nəticəsində və iki millətin bərabər yaşamasını nəzərə alaraq çalışmaq lazımdır ki, Azərbaycanın ərazilərinin qaytarılmasına nail olunsun. Bu yalnız və yalnız Azərbaycandakı müdrik rəhbərliyin həyata keçirdiyi siyasət nəticəsində mümkün ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə