Elçin Mirzəbəyli: “Ukraynanın MDB-dən çıxması, faktiki olaraq MDB-nin süquta uğraması deməkdir”

Elçin Mirzəbəyli: “Ukraynanın MDB-dən çıxması, faktiki olaraq MDB-nin süquta uğraması deməkdir”

"Ukraynanın MDB-ni tərk etməsi Rusiyanın işğalçılıq siyasətinə qarşı bir etiraz əlamətidir". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbeyli Ukraynanın MDB-dən çıxmasının MDB-nin dağılmasına gətirib çıxara bilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukrayna işğalçılıq siyasətinə qarşı bir formada öz etirazını bildirməli idi: "Təbii ki işğalçı ilə işğala məruz qalan dövlətin bir qurumda təmsil olunması absurd görünür. Bu baxımdan da Ukrayna əgər MDB məkanını tərk etsə, bunun Krım hadisələrinə şübhəsiz ki, heç bir təsiri olmayacaq. Krım hadisələri Ukrayna-Rusiya münasibətlərindən də kənara çıxaraq, beynəlxalq birliyin mücadiləsinə və savaşına çevrilib. Bu, artıq Qərb-Rusiya savaşının predmetlərindən biridir. Ukraynanın MDB-dən çıxma haqqında qərarına haqq qazandırıram və hesab edirəm ki, belə də olmalıdır. Ukraynanın MDB-dən çıxması, faktiki olaraq MDB-nin süquta uğraması deməkdir. Çünki bu qurumda əsas aparıcı dövlətlərdən biri də, Ukraynadır. Bu baxımdan Ukrayna yoxdursa, MDB də yoxdur".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə