“Həmin fikirlər Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə hesablanıb” AÇIQLAMA
"Ermənistan-Türkiyə sərhədinin açılması və açılması ehtimal olunan aviareyslər heç bir formada Türkiyə iqtisadiyyatına və Ermənistanla həmsərhəd bölgələrin iqtisadi inkişafına xeyir gətirmir. Bu mənada hesab edirəm ki, bu, cəfəngiyyatdan başqa bir şey deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Türkiyə ilə Ermənistan arasında Van-İrəvan aviareysinin açılması ilə bağlı məsələnin yenidən gündəmə gəlməsinə münasibət bildirərkən deyib.
E. Mirzəbəylinin sözlərinə görə, Ermənistan iflas vəziyyətində olan bir dövlətdir və işğalçı ölkənin bütün strukturları Rusiyanın nəzarətindədir: "Axı Ermənistanın hansı iqtisadi potensialı var ki, o, Türkiyə iqtisadiyyatına müəyyən töhvə versin! Bununla belə Ermənistanın nə qədər əhalisi var ki, Türkiyə iqtisadiyyatına hər hansı bir formada öz təsirini göstərsin? Hətta indiki məqamda Ermənistanla sərhədlərin açılması Türkiyə iqtisadiyyatına heç nə verməyəcək. Ona qalarsa, hazırda Türkiyə il işğalçı ölkənin Gürcüstan üzərindən iqtisadi əlaqələri var. Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğan özü də faktiki olaraq qeyd etmişdi ki, 70 mindən artıq Ermənistan vətəndaşı Türkiyədə çalışır və bununla da ailələrinə vəsait göndərirlər. Bu mənada mən indiki şəraitdə AKP hökumətinin belə bir addım atacağını gözləmirəm.Həmin fikirlər çox güman ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə hesablanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB