Nazirlərin toplantısında Elmar Məmmədyarov da iştirak edəcək

Nazirlərin toplantısında Elmar Məmmədyarov da iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə martın 14-də Türkiyənin Van şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və İran İslam Respublikası xarici işlər nazirlərinin üçtərəfli toplantısında iştirak edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə