Tahir Kərimli: “Arif Hacılı və Gülağa Aslanlının Ukrayna səfəri həqiqətən gülüncdür”
"Onlar ağlı, gücü olmayan insanlardır. Ukraynaya səfər etmək istəkləri də şübhəsiz ki, doğru addım deyil". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlının Ukraynaya baş tutmayan səfərlərinə münasibət bildirərkən söyləyib.
"Onlar hansı həmrəylikdən, dəstəkdən danışa bilərlər? Arif Hacılı və Gülağa Aslanlının Ukraynaya getmək istəmələri həqiqətən gülüncdür. Hər zaman olduğu kimi, bu gün də gülünc işlərlə məşğul olurlar. Onların növbəti dəfə ağılsız addımlarının şahidi olduq" - deyə, Tahir Kərimli sözlərinə əlavə edib.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB