Samir Adıgözəlov: “Cənab Uorlikin sözlərini inversiya kimi qəbul edirəm”
"Krımla bağlı məsələlərin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini, politoloq Samir Adıgözəlov ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri Cems Uorlikin "Krım hadisələri Dağlıq Qarabağ münaqişəsi həllinə yeni imkanlar yarada bilər" fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Kırım hadisələrini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlayırlar: "Burada əsas məsələ Rusiyanın postsovet məkanındakı dövlətlərlə münasibətidir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişənin həllində irəliləyiş mümkündür. Rusiya digər dövlətlərin nəzərində başqa bir yanaşma nümayiş etdirməlidir. Çünki Rusiya separatizmi dəstəkləməklə heç bir nailiyyət qazana bilməz. Bu səbəbdən, cənab Uorlikin sözlərini inversiya kimi qəbul edirəm. Onu da qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsi hər bir halda mütləq surətdə öz həllini tapmalıdır".
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB