Ermənistanın “Epress.am” saytı: “Moskva məhkəməsi Ermənistan zavodunu 25 milyon cərimələdi”
"Moskva məhkəməsi Ermənistan zavodunu 25 milyon dollar cərimələdi". Bu haqda SİA Ermənistanın "Epress.am" saytına istinadən xəbər verir. Məlumata görə, Moskvanın Arbitraj Məhkəməsi Ermənistanın nəhəng kimyəvi "Nairit Zavod"unu 25 mln. dollar məbləğində cərimə edib. Sözügedən zavodun keçmiş SSRİ-də sintetik kauçuk istehsal edən yeganə zavod olduğu bildirilir. Hazırda Moskvanın Arbitraj Məhkəməsi "Nairit Zavod"undan 25,183 milyon dollar alınması haqqında qərar qəbul edib.
Qeyd edək ki, Moskvanın Arbitraj Məhkəməsi sözügedən cəriməni hələ bu ilin yanvar ayında qəbul etsə də, Ermənistan tərəfi heç bir reaksiya verməyib.
Lakin ötən gün Ermənistan prezidenti Serj Sarkisyanla Rusiyanın Neft Kompaniyasının rəhbəri İqor Seçin arasında keçirilən çoxsaylı görüşlər nəticəsində zavodun cərimə məsələsi öz həllini tapıb. Belə ki, bundan sonra Ermənistanın "Nairiti Zavodu" Rusiyanın "Rostneft" və "Pirelli Tayr Rusiya" şirkətləri üçün işləyəcək.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB